×

Sabotaj nədir

sabotaj

Sabotaj nədir

Sosial qruplar ümumilikdə azsaylı hakim sinfə və onların tabeliyində olanlara bölünür. Təbəqələr sayca çox olsalar da, özlərinə göstərilən ədalətsiz münasibətə qarşı heç nə edə bilmirlər. ΧIΧ əsrdə sənaye inqilabı nəticəsində Qərbi Avropanın hər yerində zavod və fabriklərin meydana gəlməsi ilə bərabər , yeni məzlumlar sinfi — proletariat ( və ya fəhlə sinfi) yarandı.

Ədalətsizliklər qarşısında onlar doğrudanmı aciz idilər? Əgər işlərini buraxsalar, sadəcə acından ölərdilər. Fabrikin işini dayandırmış olsalar ( yəni tətil etsələr), onda hökumət maşını var qüvvəsi ilə onları əzərdi.

Zavodun işini bilərəkdən ləngitmək, maşın və mexanizmləri bilərəkdən sındırmaq, həmçinin hazır məhsula bilərəkdən zərər vurmaq — bax bu, başqa bir məsələ idi. Bu vəziyyətdə konkret adamı təqsirləndirmək mümkün deyildi. Bu cür qərəzli diqqətsizlik və ya bacarıqsızlıq sabotaj adlanırdı.

Bu söz fransız kəndlilərinin geyindikləri taxta ayaqqabıların adından yaranmışdı. Bu ayaqqabılar sabo adlanırdı. Deyirdilər ki, guya fəhlələr taxta ayaqqabılarını birbaşa dəzgahın içinə ataraq onu sıradan çıxarırmışlar. Amma çox güman, bu söz əsasını cəmiyyətin yüksək təbəqələrinin yöndəmsiz və bacarıqsız hesab etdikləri fəhlə sinfindən üstün olma duyğusundan götürür.

» Sabotaj « sözü dəmiryolçuların 1912 — ci ildə baş vermiş tətilləri zamanı məhşurlaşdı. Fəhlələr qəsdən dəmiryol relslərinin altına düzülən ağac şpalları ( onlar da sabo adlanırdı) doğrayaraq yolları sıradan çıxarırdılar. Bu hadisə ilə «sabotaj » sözü məhşurlaşdı. Dəzgah, eləcə də avadanlıqların qəsdən sıradan çıxarılmasına işarə edən daha ciddi hadisələrdən danışılarkən işlədilməyə başlandı.

I Dünya müharibəsi zamanı döyüş əməliyyatları uzun sürür və amansız olurdu. Fransızlar və belçikalılar işğal olunmuş ərazilərdə avadanlıqları və düşmənin karına gələ biləcək nə varsa hamısını sıradan çıxarırdılar. Bu, hərbi sabotajın əsasını qoydu. Müasir dövrdə sabotaj sözünün məhz bu mənası bizə lap çox tanışdır.

Отправить комментарий