×

Ruslan Bayramov — Bu gün onun ad günüdür

Ruslan Byramaov sehid

Ruslan Bayramov — Bu gün onun ad günüdür

Ruslan Azər oğlu Bayramov 1995-ci il, oktyabrın 5-də Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq, oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan Ruslan sentyabrın 27-də başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb.

Ruslan Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından, tağıma rəhbərlik onun öhdəsinə düşüb. Göstərdiyi şücaətə görə elə döyüşdəcə baş leytenant rütbəsi alıb.

Ruslan Bayramov təkbaşına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb. Şəhidin atası Azər Bayramov bildirir ki, Ruslanın döyüş yoldaşları onun Hadrut və Xocavənd ətrafındakı yüksəkliklərin ələ keçirilməsində böyük xidməti olduğunu deyiblər: “Ən son isə o, Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə həmin döyüşlərdə snayper gülləsinə tuş gələrək, şəhid olub”.

Ailə üzvləri deyirlər ki, Ruslan öz istəyilə hərb sənətini seçib və bu istiqamətdə təhsil alıb.

Qəhrəmanımızın üzünü görə bilmədiyi bir qız övladı bizlərə əmanətdir.

Ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Отправить комментарий