×

Rəvan Alxaslı — Bu gün onun ad günüdür

Rəvan Alxaslı

Rəvan Alxaslı — Bu gün onun ad günüdür

Rəvan Cəmil oğlu Alxaslı 1 yanvar 1996-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətində, 2016-cı ilin 1-5 aprel tarixlərində Aprel döyüşlərində iştirak edib. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirib. 2020-ci ilin iyul ayında səfərbər olunan Rəvan Alxaslı 21 sentyabr tarixindən hərbi təlim toplantılarına çağırılıb.

Azərbaycan Ordusunun əsgəri kimi Vətən Müharibəsinin bir çox hərbi əməliyyat və döyüşlərində iştirak edib. 9 oktyabr, 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Rəvan Alxaslı göstərdiyi igidliyə və şücaətə görə «Vətən uğrunda», «Laçının azad olunmasına görə», «Suqovuşanın azad olmasına görə» medalları ilə təltif olunub.

Отправить комментарий