×

Barbar nə deməkdir?

barbar nə deməkdir

Barbar nə deməkdir?

Adətən insanlar bir — birini iki qismə ayırır: özlərinə oxşayanlara və oxşamayanlara. Bu özünü ən çox başqa dildə danışanlarla ( xaricilərlə) biruzə verir. Az səyahət edən, ətrafında ancaq ana dilini eşidən insanlar başqa dildə danışan insanların mövcud olması faktından təəccüb edirlər. Ümumiyyətlə iki adamın bir — biri ilə söhbət edib başa düşdüyü, sənin isə onları dinləyib heç nə anlamamağın olduqca məzəli və maraqlıdır.

Qədim yunanlar üçün xarici dillər mənasız söz yığını idi. «Bar -bar- bar». Ona görə də onlar əcnəbiləri «barbaroi» adlandırırdılar. İngilis sözü «barbarian» öz mənşəyini buradan götürür.

İlk vaxtlar bu söz mənfi məna daşımırdı. Sadəcə, əcnəbi demək idi. Yunanlar nisbətən mədəni xalqlar sayılan suriyalı, misirli və babillilərlə təmasda olurdular. Bu xalqlar yunanlar üçün barbarlar idilər, amma bu heç də həmin xalqların mədəniyyətdən uzaq olması anlamına gəlmirdi.

Ancaq Miladdan öncə Ι∨ əsrdən başlayaraq yunanlar qədim dünyanın böyük hissəsinə nəzarət etməyə və onların əsarətinə düşən ( yəni yunanca danışmayan) xalqlara yuxarıdan aşağı baxmağa başladılar. Yunanlar özlərini digər xalqlardan elm, ədəbiyyat, incəsənət və ümumiyyətlə, mədəniyyətlərinin inkişaf səviyyəsinə görə dah üstün sayırdılar. Bu səbəbdən barbarlara ( əcnəbilərə) ikinci dərəcəli adamlar kimi münasibət göstərməyə başladılar.

E.ə ΙΙ əsrdə romalılar Yunanıstanı zəbt edəndən sonra isə yunanlar onları istila edənlərə aşağı irqin nümayəndələri kimi baxa bilməzdilər. Bu səbəbdən də romalıları mədəni xalqlar sırasına daxil etdilər. Yunan və latın dilində danışa bilməyənlər barbar sayılırdı. Romalılar Aralıq dənizi sahilindəki əraziləri tam zəbt etdikdən sonra belə adamlara, demək olar ki, rast gəlmək mümkün deyildi.

Ən böyük təhlükə mənbəyi isə Şimali Avropada yaşayan german tayfaları idi. ΙΙΙ — ∨ əsrlər ərzində həmin tayfalar imperiyanın bu başından girib o başından çıxaraq onun qərb hissəsini məhv etdilər. Nəticədə danışdığı dildən asılı olmayaraq bütün mədəniyyətsiz insanlar barbar adlandırılmağa başlandı. Bizim günlərdə isə mədəniyyətsiz və yöndəmsiz adamlara barbar deyilir.

Ayzek Azimov » Sözlərin tarixi»

Отправить комментарий