×

Ələsgər Cavadov — Bu gün onun ad günüdür

Ələsgər Cavadov

Ələsgər Cavadov — Bu gün onun ad günüdür

Ələsgər Elxan oğlu Cavadov 29 dekabr 2000-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda  anadan olub. 2006-2017-ci illərdə Bakı şəhər 179 saylı tam orta məktəbdə təhsil almışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ələsgər Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

09.11.2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra «Vətən uğrunda», “Cəsur döyüşçü”, «Vətən müharibəsi iştirakçısı», “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları və «Azərbaycan bayrağı» ordeni ilə təltif edilib.

Отправить комментарий