×

Faşist sözünün mənası

faşist

Faşist sözünün mənası

Adətən, hakimiyyətdə olan insanlar başqalarından seçilmək üçün hansısa fərqləndirici nişan taxır və ya müəyyən bir paltar geyinirlər. Belə olan halda məmur özü şəxsiyyət kimi nə qədər nəzərə çarpmayan olsa da, insanlar dərhal onu tanıya, təmsil etdiyi hakimiyyət orqanını müəyyənləşdirə bilirlər.

Qədim zamanlarda bu xüsusilə vacib idi. Çünki fotoşəkil, televziya mövcud olmadığından hakimiyyətdə olanları sifətdən hamı tanımırdı. Məsələn; Romanın əhəmiyyətli vəzifələr tutan məmurlarını üstlərində hakimiyyətin fərqləndirici nişanı olmasa, çətin ki, kimsə tanıyardı. Roma magistratı* adam içinə ancaq əllərində qırmızı lentlə bağlanmış bir dəstə çubuq olan məmurların müşayiəti ilə çıxarmış. Bu çubuqların ortasında ağzı gözə çarpsın deyə bir az qabaqda yerləşdirilmiş balta var idi. Çubuqlar magistratın insanları döydürərək cəzalandırmaq, balta isə öldürmək hüququnun olmasına işarə edirdi. Qırmızı lent isə qanı təcəssüm etdirirdi. Çubuqlar latın dilində «bağlama», «dəstə» mənası verən fassiya adlanırdı.

1919- cu ildə keçmiş sosiolist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. İtaliya qalib ölkələr arasında yer almasına baxmayaraq, müharibənin gedişində ağrılı məğlubiyyətlərə də uğramışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz- üzə qalmışdı.

Mussolini hiss etmişdi ki, əgər o, güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək. O, aşağı sinif nümayəndələrinin tətil və digər sosial etirazlarla çıxış etmək hüquqlarının məhdudlaşdırılmasını istəyənlər tərəfindən razılıqla qarşılanacaq avtokrat hökumət qurulmasını təklif edir. Mussolini rəmz kimi inasnların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir. Öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı.

Mussolini hakimiyyətə 1922 -ci ildə gəldi. Digər ölkələrdə isə bu cür qruplar 20 — 30 — cu illərdə yarandı. Onlar hər biri ayrılıqda və hamısı birlikdə özləri ilə hər yerə qəddarlıq, eləcə də tiraniya gətirdilər.

magistratı*-  Qədim Romada ali dövlət vəzifəsi

Ayzek Azimov

Отправить комментарий