×

Qarakənd faciəsi

Qarakənd faciəsi

Qarakənd faciəsi

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycanın hərbi vertolyotu qəzaya uğradı. İlk verilən məlumat vertalyotun dumana görə qəzaya uğramağı oldu. Sonradan bu məlumat təkzib edildi və faciəni törədənlərin ermənilər olduğu aydın oldu.

20 noyabr vertolyot faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, video-operator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko həlak oldular.

Ermənilər Azərbaycana qarşı torpaq iddiasına düşəndən bu yana xalqın qeyrətli oğulları hərə öz sahəsində sözünü deməyə, nəyə qadir olduğunu göstərməyə başladı. Tofiq İsmayılov Azərbaycanın dövlət katibi postuna yenicə təyin olmuşdu. O, eyni zamanda Azərbaycanın deputatı kimi o vaxtkı SSRİ-nin yüksək kürsülərindən erməniləri ifşa edirdi, haqq səsimizi dünyaya çatdırmağa çalışırdı. Sözsüz ki, qisas hissi ilə alışıb-yanan ermənilər Tofiq İsmayılovu hansı yollarla olursa-olsun aradan götürmək istəyirdilər.

Azərbaycanın baş prokuroru İsmət Qayıbovu və daxili işlər naziri Məhəmməd Əsədovu isə ermənilər özlərinin bir nömrəli düşmənləri sayırdılar. Hətta onların hər ikisinin başına erməni lobbisi küllü miqdarda pul ayırmışdı.

Bu hadisənin səhəri erməni mətbuatında çox təlaşla bildirilirdi ki, Azərbaycan xalqı heç vaxt bu faciəni bağışlamayacaq və əvvəl — axır qisas alacaq.

Amma hələ də bu faciənin cinayətkarları layiqli cəzalarını almayıblar.

Отправить комментарий