×

Daşqın Ağayev — Bu gün onun ad günüdür

Daşqın Ağayev

Daşqın Ağayev — Bu gün onun ad günüdür

Daşqın Əliqulu oğlu Ağayev 21 noyabr 1987 ci tarixdə Sumqayıt şəhərində anadan olub. 1993-2004-cü illərdə Sumqayıt şəhərində 29 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Daşqın Ağayev 2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda  yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan ordusunun kiçik çavuşu olan Daşqın Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi vəAzərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Ağayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanlnda dəfn olunub.

«Döyüşdə fərqlənməyə görə» «Cəbrayılın azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий