×

Qarabağdan köçən ermənilərin etirafları

Qarabağdan köçən ermənilər

Qarabağdan köçən ermənilərin etirafları

19 sentyabr 2023-cü il Azərbaycanın Qarabağda apardığı antiterror əməliyyatından sonra ermənilər kütləvi şəkildə Qarabağı tərk etməyə başlayıblar. Bu köç 90-cı illərin əvvəlində azərbaycanlıların öz doğma yurdlarından köçməsindən çox fərqlənir. Baxmayaraq ki, Qarabağın əsl sahibləri olan azərbaycanlılar oradan silah gücünə, var- dövlətlərini geridə qoyaraq qovulmuşdular, bu gün ermənilər rahat bir şəkildə öz avtomobilləri ilə, hər bir şeylərini götürərək köçürlər. Bu köçə- köçdə hələ müsahibə də verərək təəccüblü etiraflar edirlər. Onların çoxu azərbaycan dilində danışaraq azərbaycanlıları çox sevdiklərini, keçmişdə azərbaycanlılarla necə gözəl münasibətdə olduqlarını, onların necə gözəl qonşu olduqlarını söyləyirlər. Bəziləri isə bu etirafları edərkən bəlkə də bu torpaqları bir daha görə bilməyəcəklərini fikirləşib çox kövrəlirlər. Onların müsahibələrinə qulaq asdıqca meydana çox suallar çıxır:

Bu ermənilər bizdən bu qədər razı idilərsə, niyə bir dəfə öz hökumətlərinə etiraz edərək müharibə istəmədiklərini dilə gətirmədilər? 44 günlük ikinci Qarabağ müharibəsi zamanı amansızcasına müharibə istəyən ermənilərin hamısı Ermənistan ərazisindən idilərmi? Onlar azərbaycan dilinə, azərbaycanlılara heyran ola- ola nə səbəbdən bu torpaqlarda olan minlərcə faciəni görməməzliyə vurdular? Bu saçı- başı ağarmış erməni qocaları indiyə qədər harada idilər? Çox təssüf ki, erməni milləti səmimiyyətdən kənar olduqlarına görə bu sualların da səmimi cavabları olmayacaq.

Bu səbəblərdən də gəlin, onları geri qayıtmamaq şərtilə yola salaq.

Отправить комментарий