×

Özəl məktəblərimiz

Özəl məktəblər

Özəl məktəblərimiz

Hər bir millətin, xalqın inkişafında, gələcəyində təhsilin əsas rol oynadığını hamı əzbərdən bilir. Buna görə də hər bir insan övladının normal təhsil alaraq həyatını keyfiyyətli yaşamasına şərait yaratmaq istəyir. Təhsil yaşına çatmış uşaqlara məktəb seçərkən valideynlər daha bir problem qarşısında çətinlik çəkirlər. Hansı məktəbi seçmək lazımdır? Dövlət ya özəl? Birmənalı olaraq çox vaxt illik gəliri özəl məktəbdə uşaq oxutmağa imkan verməyən ailələr dövlət məktəblərinə üz tuturlar. Maddi vəziyyəti buna imkan verənlər isə özəl məktəbləri seçirlər.

Özəl məktəbləri araşdırarkən bir neçəsi türk liseyi olmaqla  Bakı şəhərində 20 — dən çox özəl məktəbin fəaliyyət göstərdiyi aydın olur. Bu məktəblərin illik təhsil haqqı təxminən 50000- 5000 manat arası dəyişir. Orta səviyyədə yaşayan bir ailə üçün bu məbləğ çox yüksəkdir. Çox maraqlıdır, görəsən bu özəl məktəblər belə yüksək məbləğə uyğun təhsil verirlərmi?

Araşdırma apararkən özəl məktəblər arasında ən aşağı təhsil haqqının türk liseylərində olduğu ortaya çıxır. Hətta ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplayan şagirdlərin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində təhsil aldığını görürük. Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyini bitirən şagirdlərdə gözəl biliklə bərabər  disiplin, hərtərəfli dünyagörüşü nəzərə çarpır. Bu liseydə isə təhsilin ödənişsiz olduğunu hamı bilir. Deməli, təhsilin keyfiyyətinin  bir özəl məktəbin illik haqqı ilə heç bir əlaqəsi yoxdur.

Bəzən valideynlər dövlət məktəblərində olan abu- havanı bəyənməyərək uşaqlarının bir neçə dil mənimsəməsi, hərtərəfli dünyagörüşünə malik olması üçün onalrı özəl məktəblərə göndərirlər. Hərtərəfli dünyagörüşü isə insana görə müxtəlif cür qəbul olunur. Mənim fikrimcə həyat tərzi maddi imkanla bağlı olsa da, əsl dünyagörüşü bunlardan çox yüksəkdədir.  Çox vaxt  heç bir bacarığı və biliyi olmayan, pulu təsadüfü qazanmış insanlar övladlarını düzgün istiqamətləndirə bilmirlər. Onlar dünyagörüşünü «bahalı həyatla» səhv salırlar. Belə insanların övladları üçün heç nə əlçatmaz olmur.

Zənnimcə, özəl məktəblər, ya dövlət məktəbləri seçilərkən məqsəd yalnız disliplinli, mənəvi dəyərləri güclü, biliklə və əxlaqla qidalanmış uşaqlar böyütmək olmalıdır.

Leyla Kərimova

Отправить комментарий