×

Millətlər və ölkələr nə ilə fərqlənirlər

Anna Frankın gündəliyi

Millətlər və ölkələr nə ilə fərqlənirlər

«Anna Frankın gündəliyi» kitabını oxuyuram. Gündəlik II Dünya müharibəsinin baş verdiyi illərdən bəhs edir. Gündəliyi yazan yəhudi olan 13 yaşlı Anna öz ailəsi ilə birlikdə ik il boyunca bir evin çardağında yaşamalı olurlar. Sonradan onlara 4 nəfər də qoşulur və 8 nəfər burada yaşayırlar.

Təbii ki, gündəlik dedikdə hamı bu kitabın nədən bəhs etdiyini başa düşür. Bu kitabı başqa tərəfdən təsvir etmək istəyirəm. Gündəliyi oxuduqca inkişafın, gücün və ya acizliyin, cəhalətin nədən yarandığını, niyə bəzi millətlərin yüz illərlə dəyişmədiyini, inkişaf etmiş ölkələrin isə təməlinin necə qurulduğunu görmək olur.

Çardaqda yaşayan 8 nəfərdən 4-ü Anna,atası, anası və bacısı, digər 3 nəfər bir oğlu olan ailə və axırıncı diş həkimi bir kişi idi. Onların çox maraqlı həyat tərzi var idi. İki il ərzində bu çardaqda həbs yaşamaqlarına baxmayaraq onlar öz həyat tərzlərinə sadiq qalaraq heç bir vərdişlərindən üz döndərmirlər. Müharibədən əvvəl varlı həyat tərzi sürən bu insanlar qorxsalar da, təlaş içində olsalar da emosiyalarını ələ alaraq daim inkişaf etməyə çalışırlar. Hər gün müxtəlif dillər, tarix, biologiya, cəbr elmlərini öyrənirlər. Yaşından asılı olmayaraq hamı kitab oxuyur, onları müzakirə edirlər. Qapalı, günəşə, təbiətə həsrət yaşasalar da müharibənin bitəcəyi günləri xəyal edirlər. Arada elə bu evin içində biri birinə məktub yazırlar. Ad günləri keçirirlər və hər kəsə mənası olan, lazımlı hədiyyələr verirlər. Bəzən biri birilərindən nifrət edirlər. Amma bunun da öhdəsindən gəlirlər. Əsas da odur ki, hər an ölümlə üz-üzə olsalar da biri- birilərini satmırlar.

Sonra  həyatları müqayisə etdikdə çox insanların  azad həyatının bu insanların qapalı həyatından qat- qat keyfiyyətsiz, mənasız olduğunu görürsən. Onların qapalı həyatlarının qat- qat gözəl, sevgi dolu, mədəni olduğunu görürsən. Bəzi insanlar, bəzi millətlər rahatlıq tapmır, yaşaya bilmir, doymur, inkişaf edə bilmir. Həmişə darıxırlar, həmişə ac, həmişə narazı olurlar. Hətta öyrənmək, yaratmaq asan olan müasir dövrdə belə gözləri uzaqlarda qalır. Yüzillərlə eyni fikirdə, eyni ağılda qalırlar.

 

İnkişaf etmiş millətlərin, ölkələrin sirri burdadır.

Leyla Kərimova

Отправить комментарий