×

Lakonik sözünün mənası

lakonik

Lakonik sözünün mənası

Yunanıstanın cənubunda yerləşən Sparta şəhəri e.ə. VII və VIII əsrlərdə qonşuları ilə ardı — arası kəsilməyən müharibələr aparırdı. Nəticədə, Sparta bu savaşlardan qalib çıxaraq Peloponnesdə hökmranlıq etməyə başladı.

Ancaq şəhərin gələcəyi elə də ürəkaçan görünmürdü. Fəth edilmiş şəhərləri və onların sakinlərini Spartanın məhvinə gətirib çıxara biləcək hər hansı üsyandan daşındırmaq lazım idi. Təxminən e.ə. 610- cu ildə spartalılar yeni həyat tərzi təbliğ etməyə başladılar. İki əsr əvvəl yaşamış yarı əfsanəvi Likurq sonralar bu həyat tərzinin banisi elan edildi.

Yeni sistemdə spartalılar özlərini bütünlüklə hərbi təlimlərə həsr edirdilər. Ancaq güclü və sağlam körpələrə yaşamağa imkan verilirdi. Yeddi yaşına çatmış bütün oğlan uşaqları kazarmalara yerləşdirilirərək uzun müddət ərzində hərb sənətinin sirrlərini öyrənirdilər. Onlara aclıq və soyuğa mətanətlə davam gətirməyi, mərdliklə döyüşməyi, əmrlərə tabe olmağı, ölümün təslim olmaqdan daha üstün olduğunu öyrədirdilər.

Bu səbəbdən də mərdlik və dözümlülük göstərmək, bütün çətinlik və məhrumiyyətlərə mətinliklə sinə gəlmək spartalı olmaq demək idi.

Bunlardan əlavə, gənc spartalılara qısa və dəqiq danışmağı da öyrədirdilər. Onlar danışmaq əvəzinə daha çox iş görməli, əgər danışası olsalar belə, » nə qədər az danışsan, bir o qədər yaxşıdır» prinsipinə əməl etməli idilər.

Spartaya ən yaxın ( və ilk fəth edilən) bölgə Lakoniya idi. Buna görə də az danımaq lakonik olmaq deməkdir.  Belə lakonik nitqin ən məhşur nümunəsi 338 — ci ilə, Makedoniyanın ( Yunanıstanın şimalında çarlıq ) bütün Yunanıstanı fəth etdiyi vaxta aiddir. Təkcə Sparta ( özü də uzun müddət) yenilməz qalmışdı. Makedoniya çarı II Filipp Spartanı qorxutmaq və tabe etmək məqsədilə çapar göndərir. Onun məktubunda belə yazılmışdı:

«Əgər mən Lakoniyaya daxil olsam, Spartanı yer üzündən siləcəm». Spartaya rəhbərlik edənlər bircə sözdən ibarət cavab yolladılar: » Əgər!» Ola bilsin, II Filipp həmin vaxt başqa palnları olduğundan və ya spartalıların mərdliyinə heyran qaldığından Lakoniyaya hücüm etmədi.

Отправить комментарий