×

Laçın Alıyev — Bu gün onun ad günüdür

Laçın Alıyev

Laçın Alıyev — Bu gün onun ad günüdür

Laçın Rasim oğlu Alıyev 1992-ci il, yanvarın 22-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində anadan olub. 2012-ci ildən ömrünün sonunadək hərbi xidmətdə olub.

Azərbaycan ordusunun giziri olan Laçın Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 25-də Füzulinin azad olması zamanı Kürdlər kəndində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Laçın Alıyev Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra «Vətən uğrunda» “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli idi. Bir qız, bir oğul övladı yadigar qalıb.

 

Отправить комментарий