Həyatı dəyişən vərdişlər
İnsana verilən həyat daimi olmasa da çox gözəldir. Həyatın gözəlliyi isə hər kəs üçün fərqlidir. Kimisi böyük ideyalarla yaşayır, yaratmaq istəyir, kimisi səyahətlər edir, kimisi böyük, gözəl, güclü ailə arzusunda olur, kimisi ancaq təhsil və karyera barəsində fikirləşir, kimisi ancaq dadlı yeməklərdən zövq alır, kimisi «dünyaya bir dəfə gəlmişəm» deyib bütün zərərli vərdişləri mənimsəyir, kimisi isə sadəcə dincəlmək istəyir. Bu siyahını daha da genişləndirmək olar. Ancaq mənim fikrimcə həyat ona görə gözəldir ki, bu həyatda öyrənməli və öyrəndikcə zövq almalı şeylər çoxdur.
Əslində həyatımızı gözəlşdirən vərdişlərimizdir. Aşağıdakı vərdişlərlə həyatınızı tam dəyişdirə bilərsiniz:
- Xarici dil öyrənməyə başla
Hər gün sadəcə 30 dəqiqə ərzində xarici dil öyrən.
- Otağını təmiz saxla
Hər gün otağını səliqəyə sal və lazımsız şeyləri at.
- Nitqinə fikir ver
Nitqindən söyüş sözləri çıxart
- İnsanlara xoş sözlər de
Ətrafındakı insanlara xoş sözlər, təriflər de. Bunun sənə heç bir əziyyəti yoxdur.
- Pul yığ
Yaşamaq üçün pul lazımdır. Öz ehtiyaclarını ödəmək üçün lazım olan pulu xərclə, az da olsa pul yığ.
- Kompyuter oyunları oynama
Bu oyunlar səni lazımsız birinə çevirə bilər.
- «Fastfood» — dan imtina et.
Ancaq istisna hallarda bu növ qidalardan istifadə et.
- Yuxu çox vacibdir
Yuxun 8 saatdan az olmamalıdır.
- Kitab oxu
Kitab oxu, lakin düzgün kitablar seç.
- Su iç
Yeməkdən əvvəl su iç
- İdman et
Xüsusilə səhər idmanını qaçırtma
- Pozitiv fikirləş
Sənə xoş təsir bağışlayan şeylər haqqında fikirləş.
- Qamətini düz saxla
Həmişə duruşuna fikir ver.
Отправить комментарий