×

Ayaz Abasov — Bu gün onun ad günüdür

Ayaz Abasov

Ayaz Abasov — Bu gün onun ad günüdür

Ayaz Nizami oğlu Abasov 1998-ci il dekabrın 20-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.

2017 ci ilin yanvar ayında ordu sıralarına çağırılıb Daxili qoşunların Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Daxili Qoşunların xüsusi Təyinatlı dəstələrinin birində müddətdən artıq xidmət etməyə başlayır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi dövründə Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Ayaz Abasov, həmçinin Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий