×

Həməşəyev Qismət — Bu gün onun ad günüdür

Qismət Həməşəyev leytenant

Həməşəyev Qismət — Bu gün onun ad günüdür

Leytenant Qismət Oruc oğlu Həməşəyev 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Qismət Həməşəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Qismət Həməşəyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Həməşəyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Həməşəyev ölümündən sonra «Döyüşdə fərqlənməyə görə» medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Həməşəyev ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildi.

Отправить комментарий