×

Ən yaxşı uşaq filmləri

5 usaq filmi

Ən yaxşı uşaq filmləri

Müasir dövrdə televziya kanallarında, internetdə çox sayda uşaq  filmlərinə rast gəlmək olur. Lakin uşaqların düzgün inkişafı üçün onların yaş dövrünə uyğun filmlər seçmək çox vacibdir. Aşağıda sizə uşaqlar üçün maraqlı, onlara mehribanlıq, əzmkarlıq, mərhəmət, dürüstlük, çalışqanlıq aşılayan ən gözəl ailə ilə baxıla bilinəcək 5 film təqdim edirik.

  1. Matilda
  2. Haydi
  3. Çarli və şokolad fabrikası
  4. Reminin macəraları
  5. Zoluşka üçün üç qoza

Matilda (1996) / ABŞ

Matilda

«Matilda» filmi xüsusi qabiliyyət və istedada malik heyrətamiz bir qızdan bəhs edir.  O, oxumağı, yazmağı, yemək bişirməyi özü öyrənir. Ailəsi onunla  maraqlanmır və məktəbə göndərmir. O, kiçik olmağına baxmayaraq  özü kitabxanaya yazılaraq biliklərə yiyələnir. Matilda telekinez (obyektləri bir baxışla hərəkət etdirmək) bacarığını öyrənir. Sonradan məktəbə gedəndə Matilda istedadlı olduğuna görə digər uşaqlardan çox fərqlənir. Məktəbdə Matilda üçün çox çətin olsa da, o, öz əzmkarlığı və çalışqanlığı sayəsində hər şeyin öhdəsindən gəlir.

Haydi (2015) / İsveçrə

heidi

Bu film Alp dağlarının ətəyində  bir kənddə babası ilə yaşayan mehriban qızdan bəhs edir. Valideynlərini itirmiş Haydini xalası babasının yanına gətirir. Tək yaşayan babası əvvəlcə onu qəbul eləmir. Sonradan Haydi öz istiqanlılığı, mehribanlığı və çalışqanlığı ilə babasının sevgisini qazanır. Haydini hamı çox sevir. Filmdə gözəl təbiət, heyvanlar, maraqlı kənd həyatı təsvir edilib. Bu film uşaqlara xoş hisslər, yaxınlarına hörmət, sevgi aşılayır.

Çarli və şokalad fabrikası (2005) / ABŞ

Balaca oğlan Çarli Baket öz ailəsi (valideynləri, hər iki babası və hər iki nənəsi) ilə birlikdə şəhərin kənarında bir evdə yaşayır. Evdə pul qazanan ancaq Çarlinin atası olur. Çarli şokaladı çox sevir, amma maddi vəziyyətləri yaxşı olmadığından o, şokaldı ancaq ildə bir dəfə öz ad günündə yeyə bilir. Bir gün şokolad fabrikinin direktoru Villi Vonka yarışma təşkil edir. Beş şokolad bağlamasının içərisinə qızıl bilet qoyur. Bu qızıl biletləri qazanan beş uşaq fabrikə girmək şansı qazanır və birinci yeri qaznan uşağı isə xüsusi hədiyyə gözləyir. Bu film uşaqlara tərbiyə, səbr, ailə sevgisi, böyüklərə hörmət aşılıyır.

Reminin macəraları (2019) / Fransa

Əsərin qəhrəmanı səkkiz yaşlı Remi Fransanın bir kəndində anası ilə yaşayır. Sonradan öyrənir ki, anası kimi qəbul etdiyi qadın onun əsl anası deyil. Birlikdə yaşadığı ailə onu beş aylıq olarkən küçədən tapıblar. Həyat elə gətirir ki, Remi küçə musiqiçisi olan Vitalislə tanış olur və birlikdə onların başına çox hadisələr gəlir. Vitalis çox mərhəmətli və müdrik insan olur. Remiyə həyatın bütün çətinliklərini və oxumağı, yazmağı, musiqi notlarını öyrədir. Vitalis Remiyə həyatda yaxşı yer tutmağı üçün yol göstərir. Filmin sonunda Remi əsl ailəsini tapır. Bu film uşaqlara mübariz, dürüst, səbrli, dostcanlı olmağı, heyvanları sevməyi öyrədir.

Zoluşka üçün üç qoza (1973) / Almaniya, Slovakiya, Çexiya

zoluska

Bu film çox mehriban, gözəl, çalışqan bir gənc qız Zoluşkadan bəhs edir. Filmdə həm də yaraşıqlı şəhzadə olur. Zoluşkanın ögey anası ona həmişə pislik edir və onun xoşbəxt olmasına mane olur. Zoluşka isə heç də məyus olmur və öz bacarıqları ilə hamının sevgisini qazanır. Filmdə Zoluşkaya üç sehrli qoza kömək olur. Filmin sonu çox gözəl bitir. Bu film Zoluşkaya aid olan filmlərdən ən gözəlidir. Bu film göstərir ki, heç bir çətinliyə baxmayaraq həyatda həmişə yaxşıya inanmaq, pislik etməmək və pozitiv olmaq lazımdır.

Отправить комментарий