×

Vüsal Hadıyev — Bu gün onun ad günüdür

Vüsal Hadıyev

Vüsal Hadıyev — Bu gün onun ad günüdür

Vüsal Hadıyev Balarəzi oğlu 18 oktyabr 2000 — ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub.  İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alıb. Məktəb illərində idmanın cüdo növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunub. 2019-cu ilin oktyabr ayında Vüsal həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Vüsal döyüşlərdə iştirak etməyə başlayıb.  Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. Vüsal Hadıyev 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal Hadıyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Отправить комментарий