×

Əflatun Fərəcov — Bu gün onun ad günüdür

Əflatun Fərəcov şəhid

Əflatun Fərəcov — Bu gün onun ad günüdür

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Əflatun Fərəcovdur. Əflatun Mircahangir oğlu Fərəcov 7 oktyabr 1999-cu ildə Lənkəran rayonu Osakücə kəndində anadan olub. Ailədə 5 bacı və 4 qardaş olublar. Balacalar valideynlərini erkən yaşda itiriblər.

Əflatun Fərəcov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 15 noyabrda döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.

Əflatun Fərəcov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra « İgidliyə görə», «Laçının azad olunmasına görə», «Suqovuşanın azad olunmasına görə», “Vətən uğrunda” medallarıı ilə təltif edilib.

Отправить комментарий