×

Babək Aslanov — Bu gün onun ad günüdür

Babək Aslanov

Babək Aslanov — Bu gün onun ad günüdür

Babək Sakit oğlu Aslanov 1994-cü il noyabrın 15-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 2001-2012-ci illərdə A. Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb.

Babək Aslanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun giziri olan Babək Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Aslanov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Babək Aslanov ölümündən sonra «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edildib.

Отправить комментарий