×

Azərbaycanda yeni filmlər

Azerbaycanda yeni filmler

Azərbaycanda yeni filmlər

Bu gün ölkəmizdə çəkilib insanlara təqdim olunan yeni filmlərdən danışmaq istəyirəm. Son vaxtlar çəkilən yeni filmlər heç ürəkaçıcı deyil. Bu barədə insanların iki istiqamətdə fikir yürütdüklərini görmək olar. Bəzi insanlar filmləri ərsəyə gətirənlər kimi düşünərək zəmanənin reallığını, mənfi tərəflərini göz önünə gətirmək üçün guya «cəmiyyətə bu yolla daha çox xeyir vermək olar» fikrini dəstəkləyirlər. Bəziləri isə mənim kimi belə çılpaq, qəzəbli  filmlərin cəmiyyəti daha da uçuruma aparacağını fikirləşirlər. 

Keçmiş filmləri yada salsaq, adət-ənənələrlə, milli rəngarəngliklə zəngin bu filmlərimizdə də mənfi obrazlardan, adətlərimizdə olan xoşagəlməz hallardan, zəmanə reallıqlardan bəhs edilirdi. Amma necə? Bu filmlər də mübahisələr, döyüş səhnələri, qadınların və kişilərin qarşıdurması və.s kimi istənilən mövzuları əhatə edirdi. Amma heç bir filmdə insanı qəzəbləndirən, onda ikrah hissi yaradan bir istiqamət yox idi.

İndiki filmlər sanki dünya filmləri ilə yarışmaq bəhsinə çəkildiyinə görə daha çox düşündürücü, maarifləndirici yumor üstündə yox, qəzəb, kin, söyüş üstündə qurulub. Heç bir mənfi xüsusiyyətli insan bu filmlərə baxıb normal düşünə bilməz. Çünki insan həyatı əslində vərdişlərdən ibarətdir. Məhşur bir deyimə görə » İnsan yediyi yemək, baxdığı film, oxuduğu kitab, dinlədiyi musiqidən ibarətdir». 

 

Отправить комментарий