×

Anar Cəfərov — Bu gün onun ad günüdür

Anar Cəfərov

Anar Cəfərov — Bu gün onun ad günüdür

Anar Eyvaz oğlu Cəfərov 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olub. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olub. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirib. Məktəbi bitirdikdən sonra sürücü olaraq çalışıb. Həmçinin, şəxsi təsərrüfatla məşğul olub. Ailəli idi, Rəhman və Eyvaz adlı övladları yadigar qaldı.

Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib. Xüsusi hərbi kurs bitirərək «Həmlə» Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilib. Mingəçevir şəhərində yerləşən «N» saylı hərbi hissədə xidmət edib. 20 yanvar 2017-ci ildə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətini tuşlayıcı minaatan olaraq davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Anar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşub. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Anar Cəfərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonu-Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Anar Cəfərov ölümündən sonra «Vətən uğrunda», «Cəsur döyüşçü», «Suqovuşanın azad olunmasına görə» və «Vətənə xidmətə görə» medalları ilə təltif edilib.

Отправить комментарий