×

Ağamməd Ağamalıyev — Bu gün onun ad günüdür

Ağamməd Ağamalıyev

Ağamməd Ağamalıyev — Bu gün onun ad günüdür

Ağamalıyev Ağamməd Elgiz oğlu 16.11.1990-cı ildə Samux rayonu Füzuli kəndində anadan olub. Vətən müharibəsi başlanan zaman səfərbərlik xidməti tərəfindən döyüşlərə yollanan Ağamməd Vətən müharibəsində igidlik və mərdlik göstərib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən qızğın döyüşlərdə iştirak edən Ağamməd öz cəsarəti ilə xatirələrdə qalıb. 2020-ci il oktyabrın 13-də şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Şəhidimiz ailəli idi. Zeynəb adlı qızı Vətənə əmanətdir.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Отправить комментарий