Ramiq Ağayev — Bu gün onun ad günüdür
Ağayev Ramiq 1992-ci ilin 12 fevralında Astara rayonu Səncərədi kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib. E. Ağayev adına Səncərədi tam orta məktəbində təhsil alıb. 2009-cu il həmin məktəbdən məzun olub.
2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin «Gizir hazırlığı hərbi kursu”nu bitirib. Sonra sürücü mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbiçi ömrünü yaşamağa başlayıb. Ramiq 2016-cı il aprel döyüşlərində igidlik göstərib. O vaxtdan da hər gün savaşın başlanmasını arzulayıb. Qisas almaq, torpaqlarımızı azad etmək fikri başından çıxmayıb. İgidliyi dastan olan Pəncəli Teymurov idealına çevrilib.
Sentyabrın 27-də döyüş yoldaşları, qorxmaz tankistlərimizlə birlikdə qələbəyə inamla düşmən istehkamlarını dağıdıb. «Öldü var, döndü yoxdu” tez-tez işlətdiyi ifadə idi deyir döyüş yoldaşları. Hansı kənd uğrunda döyüşə gedirdiksə, belə deyirdi. Cəbrayıl uğrunda amansız döyüşlər zamanı Ramiq Ağayev ağır yaralanıb. 13 gündən sonra 19 oktyabr 2020 — ci il tarixdə şəhidlik zirvəsinə ucalıb. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra Texnikanı döyüş meydanında düzgün manevrlə idarə etdiyinə görə “Vətən uğrunda» medalı və«Cəbrayıl rayonlarının azad olunmasına görə» medalı ilə təltif olunub.
Отправить комментарий