Arilər
Qədim dövrlərdə qərbi Asiya dövlətlərinin ərazilərində qohum dillərdə danışan insanlar yaşayırdı. Bunlar babillilər, assuriyalılar, arameylər, yəhudilər və gildanilər idi. Onların dilləri semit dilləri adlandırılır, çünkı Bibliyaya əsasən, bütün bu xalqlar Nuhun böyuk oğlu Samdan torəmişlər.
Qədim mədəniyyət mərkəzlərindən şimalda yerləşən səhralarda isə tamamilə başqa dildə danışan köçəri xalqlar yaşayırdı. Miladdan öncə təxminən 2000-ci illərdə onlar atı əhliləşdirmiış, araba icad etmiş və bunlardan özlərinin istilaçı yürüşlərində istifadə etməyə başlamışdılar.
Bu köçərilərin bır hissəsi özlərini ari, yəni “alicənab” adlandırırdılar.
Miladdan öncə təxminən 2000 və 1200-cü illər arasında ari qəbilələri cənuba, Hındistana yürüş etmiş və o ərazinin böyük bir hissəsini tutmuşdular.
Arilərin dilləri sanskritə (qədim hindlilərin ədəbi dili), həmçinin bir sıra müasir hind və Avropa dillərinin çoxuna yaxın idi. Hazırda ari dillər qrupunu hind-Avropa dilləri adlandırırlar.
Bu dil əlaqələri aşkar olunduqdan sonra təbii olaraq be.lə bir fikir irəli sürüldü ki, həmin dillərdə danışan xalqlar eyni irqin nümayəndələridir. Semit dillərində danışan insanlar semitlər, hind-Avropa dillərində danışanlar isə arilər adlandırılmağa başlandılar, Avropa tarixçilərinin böyük əksəriyyəti arilər olduğu üçün təbii olaraq tarixi hadisələri elə təsvir edirdilər ki, guya arilər hər şeydə semitlərdən üstün olmuş və insana xas olan bütun müsbət keyfiyyətlərə məhz onlar malik imişlər.
Yeri gəlmişkən, irqlər dillərə görə ayrılmır. Hətta bu cür olsa belə, bir irqin digərindən üstün olduğunu söyləmək ən azından mübahisəlidir. Bununla belə, bu cür irqçilik ən yüksək həddinə XX əsrin 40-cı illərində — nasistlərin hakimiyyəti dövründə çatdı. Faşistlər yəhudilərin kütləvi qırğınına onların arilərə aid olmaması ilə haqq qazandırırdılar.
Ayzek Azimov
Отправить комментарий