×

Rufan Əkbərli — Bu gün onun ad günüdür

Rufan Əkbərli

Rufan Əkbərli — Bu gün onun ad günüdür

Rufan Elzabit oğlu Əkbərli 6 yanvar 1998 -ci ildə Şəmkir rayonunun Çaparlı kəndində doğulub boya-başa çatıb. 2005–2015-ci illərdə Ə. Həsənov adına Keçili kənd tam orta məktəbində təhsil alıb. O, ailənin tək övladı idi. Atasız böyüyən Rufan hələ uşaq ikən hərb sənətinə xüsusi maraq göstərib. Rufan Əkbərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Müəllim ailəsində böyüyən Rufan Əkbərli ailənin tək övladı olmasına baxmayaraq, Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib.

Rufan Əkbərli ölümündən sonra göstərdiyi qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

 

Отправить комментарий