×

Həyatı dəyişən vərdişlər

Vərdişlər

Həyatı dəyişən vərdişlər

İnsana verilən həyat daimi olmasa da çox gözəldir. Həyatın gözəlliyi isə hər kəs üçün fərqlidir. Kimisi böyük ideyalarla yaşayır, yaratmaq istəyir, kimisi səyahətlər edir, kimisi böyük, gözəl, güclü ailə arzusunda olur, kimisi ancaq təhsil və karyera barəsində fikirləşir, kimisi ancaq dadlı yeməklərdən zövq alır, kimisi «dünyaya bir dəfə gəlmişəm» deyib bütün zərərli vərdişləri mənimsəyir, kimisi isə sadəcə dincəlmək istəyir. Bu siyahını daha da genişləndirmək olar. Ancaq mənim fikrimcə həyat ona görə gözəldir ki, bu həyatda öyrənməli və öyrəndikcə zövq almalı  şeylər çoxdur.

Əslində həyatımızı gözəlşdirən vərdişlərimizdir. Aşağıdakı vərdişlərlə həyatınızı tam dəyişdirə bilərsiniz:

  • Xarici dil öyrənməyə başla

Hər gün sadəcə 30 dəqiqə ərzində xarici dil öyrən.

Xarici dil

  • Otağını təmiz saxla

Hər gün otağını səliqəyə sal və lazımsız şeyləri at.

Otağını təmizlə

  • Nitqinə fikir ver

Nitqindən söyüş sözləri çıxart

söyüş

  • İnsanlara xoş sözlər de

Ətrafındakı insanlara xoş sözlər, təriflər de. Bunun sənə heç bir əziyyəti yoxdur.

xoş söz

  • Pul yığ

Yaşamaq üçün pul lazımdır. Öz ehtiyaclarını ödəmək üçün lazım olan pulu xərclə, az da olsa pul yığ.

pul

  • Kompyuter oyunları oynama

Bu oyunlar səni lazımsız birinə çevirə bilər.

kompyuter oyunları

  • «Fastfood» — dan imtina et.

Ancaq istisna hallarda bu növ qidalardan istifadə et.

fastfood

  • Yuxu çox vacibdir

Yuxun 8 saatdan az olmamalıdır.

yuxu

  • Kitab oxu

Kitab oxu, lakin düzgün kitablar seç.

kitab

  • Su iç

Yeməkdən əvvəl su iç

su

  • İdman et

Xüsusilə səhər idmanını qaçırtma

idman

  • Pozitiv fikirləş

Sənə xoş təsir bağışlayan şeylər haqqında fikirləş.

pozitiv

  • Qamətini düz saxla

Həmişə duruşuna fikir ver.

qamət

 

 

Отправить комментарий