×

Yusif Budaqov — Bu gün onun ad günüdür

Yusif Budaqov sehid

Yusif Budaqov — Bu gün onun ad günüdür

Yusif Ramiq oğlu Budaqov…

Yusif Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib Yusif və ailənin tək-yeganə övladı olub. Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, dizayn üzrə kollec təhsili alıb İkinci Vətən Müharibəsindən bir neçə gün öncə isə təlimə və səfərbərliyə cəlb olunub. Müharibə başlayan kimi də, döyüşlərdə iştirak edib. 23 yaşını da oktyabrın 11-də müharibədə-səngərdə, güllə, mərmi yağışları altında döyüş yoldaşları ilə birlikdə qeyd edib. Doğum günündən bir neçə gün sonra isə Yusifdən xəbər almaq mümkün olmayıb. Və Füzuli istiqamətində döyüşlərdən birində (oktyabr ayında) həlak olan Şəhidimizin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib…

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Budaqov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Отправить комментарий