×

Nizami Gəncəvi — VƏTƏN,XALQA XİDMƏT VƏ XEYİRXAHLIQ HAQQINDA

Nizami Gəncəvi

Nizami Gəncəvi — VƏTƏN,XALQA XİDMƏT VƏ XEYİRXAHLIQ HAQQINDA

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zərxara.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Hünər ardınca qoş, xalqa hünər saç,

Qapılar bağlama, ər ol, qapı aç.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

Sən də əldən düşüb yorulsan əgər,

Sənin də yükünü bütün el çəkər.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Yamanlıq etməkdən uzaq ol, uzaq.

Pisıiyin əvəzi pislik olacaq.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Quyuya salsan da yaxşılığı, bil,

Yenə qayıdacaq,o itən deyil.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Qüvvətli olsan da qəlbi yumşaq ol.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Bilir bu hikməti hər arif kişi,

Pis nəticə verməz yaxşının işi.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Su kimi aləmə həyat ver, can ver,

Hər rəngə uyğunlaş, dərdə dərman ver!

Отправить комментарий