×

Ceyhun Həsənov — Bu gün onun ad günüdür

Ceyhun Həsənov

Ceyhun Həsənov — Bu gün onun ad günüdür

Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu Ə.Abbasov adına 257 nömrəli tam orta məкtəbdə, 2001-2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ceyhun Həsənov 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) «Motoatıcı» ixtisası üzrə ali hərbi təhsilə yiyələnib.

Ceyhun Həsənov 2009-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində xidmət edib. Daha sonra isə, Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə davam edib.

Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Füzulinin uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də Füzulidə şəhid olub. Kapitanımız İkinci Fəxri Xiyabanda dəfn edilib.

(09.12.2020) — “Vətən Müharibəsi Qəhrəmanı” medalı
(15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)
(25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)
(29.12.2020) — “Qubadlının azad olunmasına görə” medalı (ölümündən sonra)

Отправить комментарий