×

Üşüdüm ha, üşüdüm — Firidun bəy Köçərli

üşüdüm ha üşüdüm

Üşüdüm ha, üşüdüm — Firidun bəy Köçərli

ÜŞÜDÜM HA, ÜŞÜDÜM — Firidun bəy Köçərli

Üşüdüm ha, üşüdüm.
Dağdan alma daşıdım,
Almacığımı aldılar,
Mənə cürüm verdilər.
Mən cürümdən bezaram.
Dərin quyu qazaram.
Dərin quyu beş keçi,
Hanı bunun erkəci?
Erkəc qaya başında,
Hay elədim gəlmədi,
Çiyid verdim, yemədi.
Çiyid qazanda qaynar,
Qənbər bucaqda oynar.
Qənbər getdi oduna,
Qarğı atdı buduna.
Qarğı deyil, qamışdı,
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata,
Tat mənə darı verdi,
Darını səpdim quşa.
Quş mənə qanad verdi,
Qanadlandım uçmağa,
Haqq qapısın açmağa.
Qapıçı qapı toxur,
İçində bülbül oxur.

Cürüm — əziyyət, əzab

 

Отправить комментарий