×

Elməddin Əhmədli — Bu gün onun ad günüdür

Elməddin Əhmədli

Elməddin Əhmədli — Bu gün onun ad günüdür

Elməddin Gülverən oğlu Əhmədli 28 yanvar 1996-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub. Təzəkənd kənd orta məktəbində orta təhsilini alıb. Daha sonra həqiqi hərbi xidmətdə olub.

Azərbaycan ordusunun  çavuşu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci qarabağ müharibəsi zamanı  Xocavənd döyüşləri Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əhmədli noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun kəndində 2020-ci il noyabrın 19-da dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra «Vətən uğrunda», «Xocavəndin azad olunmasına görə» medalları və «3 — cü dərəcəli  Vətənə Xidmətə görə»  ordeni ilə təltif edilib.

Отправить комментарий