×

Səyyad Ağahüseynli — Bu gün onun ad günüdür

Səyyad Ağahüseynli

Səyyad Ağahüseynli — Bu gün onun ad günüdür

Səyyad Əliyar oğlu Ağahüseynli 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Səyyad hərbi xidmətə yollanıb.

2020 — ci il işğal altındakı torpaqların azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşan Səyyad düşmənin xeyli sayda canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində yaxından iştirak edib. O, bir sıra ağır əməliyyatlarda dəfələrlə şəxsi şücaətləri ilə seçilib. Buna görə də əsgər yoldaşları arasında böyük hörmət qazanıb.

Sonuncu dəfə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşan əsgərimiz oktyabrın 20-də döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Səyyad Ağahüseynli 2020 — ci il oktyabrın 21-də Cəlilabad rayonunun Qarazəncir kəndində dəfn edilib.

Şəhidimiz Vətən müharibəsindəki xidmətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”«Cəsur döyüşçü» «Cəbrayılın azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.

Отправить комментарий