×

Rövşən Allahverdiyev — Bu gün onun ad günüdür

Rövşən Allahverdiyev

Rövşən Allahverdiyev — Bu gün onun ad günüdür

Allahverdiyev Rövşən Fərrux oğlu 10 noyabr 1991-ci ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 1998-ci ildə Qaraxanlı kənd orta məktəbinin birinci sinfinə daxil olub. 2009-cu ildə adı çəkilən məktəbi uğurla bitirib. Elə həmin ildə ordu sıralarına çağrılıb.

Rövşən Sumqayıt şəhərinin yaxınlığında yerləşən hərbi hissədə qulluq edib. 2011-ci ilin iyulunda orduda hərbi xidmətini başa vurub, doğma kəndləri Qaraxanlıya qayıdıb. Bir müddət kənddə müxtəlif sahələrdə çalışıb. 2016-cı ildən könüllü olaraq hərbi xidmətə qatılıb. Beyləqan şəhərində Həmlə Bölümündə hərbi xidmətdə olub.

Rövşən Allahverdiyev sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində ön cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən gərgin döyüşlərin iştirakçısı olan Rövşən müharibənin elə ilk günü ağır yaralanıb və qəhrəmancasına həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий