×

Rasim Əmrahov — Bu gün onun ad günüdür

Rasim Əmrahov şəhid

Rasim Əmrahov — Bu gün onun ad günüdür

Rasim Əmrahov İmran oğlu 1988-ci ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub.

2006-cı il ilin oktyabr ayının 16-da hərbi xidmətə çağırılıb və həqiqi hərbi xidmətini 2008 ildə başa vurduqdan sonra bir müddət öz kəndlərində təssərrüfatla məşğul olub. Lakin, vətənin azadlığı, bütövlüyü uğrundakı arzuları, istəkləri ona rahatlıq vermirdi.

2014 cu ildən MAXE əsgər olaraq 708 saylı hərbi hissəsədə xidmətə başlamış, tapşırıqları vaxtında yerinə yetirdiyinə, fəaliyyətində fərqləndiyinə və göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə də təltif edilir.

O, 27 sentyabr 2020 ci il tarixində torpaqlarımızın azadlığı uğrunda başlanmış Vətən müharibəsində bütün əsgər və zabitlərimiz kimi iştirak etmiş və 2020 ci ilin oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rasim Əmrahov İmran oğlu ölümündən sonra «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий