×

Qocalıq

Qocalmaq, gğzəl qocalmaq, Odri Hepbern

Qocalıq

Hamı qocalacaq… qırışlı ya qırışsız. Üzdəki qırışları yox etsə də, insanın ürəyi qocalacaq. Baxışları qocalacaq. Görəsən insanlar qocalmaqdan niyə qorxurlar? Bəlkə də onlar yaşaya bilmədikləri hisslərə görə qocalmaqdan qorxurlar. Amma hisslər ürəyə görə yaşanır, üzə görə, xarici görünüşə görə yox. Qırışsız üzə, qüsursuz bədənə görə yaşanan hisslər heç də yaxşı deyil, daimi deyil, anlıqdır. İnsanların çoxu donmuş oyuncaq olmaq istəyirlər. Qocalmaqdan qorxmaq lazım deyil. Mənasız, məqsədsiz, əqidəsiz, boş həyat keçirtməkdən qorxmaq lazımdır. Belə insanalr cavan və ya qoca heç vaxt gözəl görünmürlər. Gözəl insan özünəməxsus xüsusiyyətləri, özünəməxsus fərqlilikləri olan insandır. Bu özünəməxsusluğa hətta qırışlar da aiddir.Donmuş oyuncaqlar canlı deyillər, onların heç vaxt qırışları olmur.

Qocalıqdan qorxmayın! Gözəl qocalmaq olar. Sadəcə istədiyiniz yaxşı işlərlə məşğul olmaq lazımdır.

Отправить комментарий