×

Mustafa Babayev — Bu gün onun ad günüdür

Mustafa Babayev şəhid

Mustafa Babayev — Bu gün onun ad günüdür

Mustafa Elman oğlu Babayev 2000-ci il noyabrın 4-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta təhsilini 2007–2018-ci illərdə E. Mustafayev adına Yenigün kənd və 2 saylı Xırdalan şəhər tam orta məktəblərində alıb. Mustafa 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Əsgər Babayev Mustafa müharibə zamanı Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Məzarı Ağstafa Şəhidlər Xiyabanındadır.

Vətənə xidmətlərinə görə Mustafa Babayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlara müvafiq, «Vətən uğrunda» «Cəsur döyüşçü»  «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.

Отправить комментарий