×

Elsevər İbrahimov — Bu gün onun ad günüdür

Elsevər İbrahimov şəhid

Elsevər İbrahimov — Bu gün onun ad günüdür

Elsevər Etibar oğlu İbrahimov 6 noyabr 1999-cu ildə Şəki rayonu Aşağı Genyaq kəndində anadan olub. 2006-cı ildə Aşağı Göynük kənd tam orta məktəbinin I sinfinə gedib və 2017-ci ildə orta təhsilini bitirib. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin iyulunda əsgəri xidmətini başa vurub. Elsevər müharibənin ilk günlərində döyüş bölgəsinə yollanıb. Füzuli, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Elsevər İbrahimov noyabr ayının 15-də Aşağı Layısqı kəndinin «Mərdanlar» qəbiristanlığında tor-pağa tapşırılıb.

Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elsevər Etibar oğlu İbrahimov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Отправить комментарий