×

Müəllim

müəllim

Müəllim

Müəllim dedikdə hər kəsin xəyalından çoxlu sayda insan keçir. Bu insanların arasında doğması, əzizi, sərti, tələbkarı olur. Bu insanların hər birinin insan həyatında bir izi qalır.

Əslində dilimizdə adiləşdirdiyimiz «müəllim» sözü dərin məna kəsb edir. Müəllim təkcə hərfi mənada «öyrədən, ağıl verən, nəsihət verən» deyil, həm də insanın yaxınlarından sonra ona doğma olan, ona qayğı göstərən bir varlıqdır. Müəllimlə bir insan öz həyat yolunun başlanğıcında tanış olur və sonra uzun bir yol gedir. Müəllimlərə bir ailənin, bir ölkənin gələcəyi olan uşaqlar əmanət edilir. Deməli, insan təkcə öz valideynlərinə yox, müəllimlərinə də oxşayır. Deməli, uşaqların gələcəyi tək valideynlərindən yox, müəllimlərindən də asılı olur.

Müəllim əslində təkcə bir peşə, bir vəzifə deyil. Müəllim olmaq həm də bir məqsəddir, bir yoldur. Uşaqlara, ümumilikdə bütün insanlara laqeyid olan, mərhəmət hissi yetərincə olmayan, Vətənini sevməyən, adət-ənənələrini bilməyən, ədəb- ərkan qaydalarını əməl etməyən insanlar heç vaxt yaxşı müəllim ola bilməzlər.

İndi bu yolu həyatının məqsədi kimi seçmiş müəllimə biz necə rəğbət bəsləməyək? Biz onu necə sevməyək? O, hər gün sinfə tələsə- tələsə, sevinclə sinfə girir, hər bir şagirddə, tələbədə bir dünya görür.

Dünya var olduqca bu ali yolu seçən müəllimlərimiz həmişə olacaq və onlar gözəl gələcəyə imza atacaqlar.

Отправить комментарий