×

İtalyan dili dərsləri

İtalyan dili

İtalyan dili dərsləri

 

Dərs 1

Gəlin, birlikdə əlifbadan başlayaq! İtalyan dilində 21 hərf var.

A a a N n enne
B b bi O o o
C c ci P p pi
D d di Q q qu
E e e R r erre
F f effe S s esse
G g gi T t ti
H h acca U u u
İ i i V v vu
L l elle Z z zeta
M m emme    

Bundan əlavə italyan əlifbasına digər xarici dillərdən 5 hərf daxil edilib.
J j, K k, W w, X x, Y y
Siz əlifbanı əzbərləmək məcburiyyətində deyilsiniz. Dərslərin məzmunu ilə tanış olduqca hərfləri avtomatik öyrənəcəksiniz.
Hərflərlə tanış olduqdan sonra fonetikaya keçirik. Əslində italyan dilində sözlərin çoxu necə yazılırsa, elə də oxunur. Gəlin, bəzi qaydalarla tanış olaq.

 

ch

ca

co

cu

hərfi bu hallarda səsini verir

chiave

cane

colore

cuore

ci

ce

ç        citta

cellulare

ge

gi

c        generale

gioco

ga

gu

go

q       gas

guardia

governo

sch

scu

sk     schermo

scuola

sci

sce

sca

sco

ş        scienza

scena

scarpe

sconto

gh

gla

glo

glu

z

q        ghiaccio

gladiatore

globo

glucosio

c         zucchero

z ç         lezione,marzo
q k         quardo
gli l           biglietto
gn n         campagna
s s          sole,sera,rosso
s z          casa,svedese

Bir dili tez öyrənmək üçün cümlə qurmaq qaydasını bilmək lazımdır. Digər xarici dillərdə olduğu kimi burada köməkçi fellərdən istifadə olunur. Bunlardan biri ilə tanış olaq:

ESSERE-OLMAQ
Bu felin şəxslər üzrə dəyişmiş forması belədir.

Io (mən)           sono              Noi (biz)         siamo
Tu (sən)             sei                 Voi (siz)          siete
Lui (o — kişi)        `e                   Loro (onlar)    sono
Lei (o — qadın)

Məsələn:  Mən italyanam   —  İo sono italiano.
Sən italyansan   —    Tu sei italiano.
O, italyandır    —       Lui(lei) `e italiano(italiana).
Biz italyanıq    —      Noi siamo italiani.
Siz italyansınız –    Voi siete italiani.
Onlar italyandırlar.-Loro sono italiani.
Lakin, həm yazıda, həm də danışıqda şəxs əvəzlikləri düşür.

Özünü təqdim etmə! Presentazioni!
Salve! Sono Roberto.           Salam! Mən Robertoyam.
Sono italiano.                      Mən italyanam.
Sono di Roma.                    Mən Romadanam.
Sono studente.                     Mən tələbəyəm.

Sözlər!
Buongiorno!-Sabahınız xeyir!
Grazie!        -Çox sağ ol!
bene             -yaxşı
studente        -tələbə
studentessa    -tələbə (qadın)
amico             -dost
amica              -rəfiqə
donna              -qadın
uomo               -kişi
abitare             -yaşamaq
lavorare           -işləmək
studiare            -oxumaq

Əziz dostlar! Bu günlük bu qədər!
Ciao!

 

 

Отправить комментарий