İtalyan dili dərsləri
Dərs 1
Gəlin, birlikdə əlifbadan başlayaq! İtalyan dilində 21 hərf var.
A a | a | N n | enne |
B b | bi | O o | o |
C c | ci | P p | pi |
D d | di | Q q | qu |
E e | e | R r | erre |
F f | effe | S s | esse |
G g | gi | T t | ti |
H h | acca | U u | u |
İ i | i | V v | vu |
L l | elle | Z z | zeta |
M m | emme |
Bundan əlavə italyan əlifbasına digər xarici dillərdən 5 hərf daxil edilib.
J j, K k, W w, X x, Y y
Siz əlifbanı əzbərləmək məcburiyyətində deyilsiniz. Dərslərin məzmunu ilə tanış olduqca hərfləri avtomatik öyrənəcəksiniz.
Hərflərlə tanış olduqdan sonra fonetikaya keçirik. Əslində italyan dilində sözlərin çoxu necə yazılırsa, elə də oxunur. Gəlin, bəzi qaydalarla tanış olaq.
ch ca co cu |
C hərfi bu hallarda k səsini verir
chiave cane colore cuore |
ci
ce |
ç citta
cellulare |
ge
gi |
c generale
gioco |
ga
gu go |
q gas
guardia governo |
sch
scu |
sk schermo
scuola |
sci
sce sca sco |
ş scienza
scena scarpe sconto |
gh
gla glo glu z |
q ghiaccio
gladiatore globo glucosio c zucchero |
z | ç lezione,marzo |
q | k quardo |
gli | l biglietto |
gn | n campagna |
s | s sole,sera,rosso |
s | z casa,svedese |
Bir dili tez öyrənmək üçün cümlə qurmaq qaydasını bilmək lazımdır. Digər xarici dillərdə olduğu kimi burada köməkçi fellərdən istifadə olunur. Bunlardan biri ilə tanış olaq:
ESSERE-OLMAQ
Bu felin şəxslər üzrə dəyişmiş forması belədir.
Io (mən) sono Noi (biz) siamo
Tu (sən) sei Voi (siz) siete
Lui (o — kişi) `e Loro (onlar) sono
Lei (o — qadın)
Məsələn: Mən italyanam — İo sono italiano.
Sən italyansan — Tu sei italiano.
O, italyandır — Lui(lei) `e italiano(italiana).
Biz italyanıq — Noi siamo italiani.
Siz italyansınız – Voi siete italiani.
Onlar italyandırlar.-Loro sono italiani.
Lakin, həm yazıda, həm də danışıqda şəxs əvəzlikləri düşür.
Özünü təqdim etmə! Presentazioni!
Salve! Sono Roberto. Salam! Mən Robertoyam.
Sono italiano. Mən italyanam.
Sono di Roma. Mən Romadanam.
Sono studente. Mən tələbəyəm.
Sözlər!
Buongiorno!-Sabahınız xeyir!
Grazie! -Çox sağ ol!
bene -yaxşı
studente -tələbə
studentessa -tələbə (qadın)
amico -dost
amica -rəfiqə
donna -qadın
uomo -kişi
abitare -yaşamaq
lavorare -işləmək
studiare -oxumaq
Əziz dostlar! Bu günlük bu qədər!
Ciao!
Отправить комментарий