×

İlk kosmonavt it Layka

İlk kosmonavt it Layka

İlk kosmonavt it Layka

Düz 55 il əvvəl Layka adlı it  kosmosa buraxılan ilk canlı olub. O, 3 noyabr 1957-ci ildə Moskva vaxtı ilə saat 5.30-da Sputnik-2 Sovet gəmisində  kosmosa buraxılıb.   O zaman Laykanın təxminən iki yaşı var idi.

Kosmik apparatda Layka üçün paltaryuyan maşın ölçüsündə yuva düzəldilmiş və Layka ora yerləşdirilmişdir. İtin kosmosa buraxıldıqdan sonra təxminən bir həftə yaşayacağı gözlənilsə də o, kosmik apparat uçuşa başladıqdan 5-7 saat sonra ölmüşdür. Laykanın ölüm səbəsbi  stress və tempraturun həddindən artıq yüksək olması idi.

Laykanın sağ qalmamasına baxmayaraq, təcrübə canlı məxluqun orbitə buraxıldıqdan sonra çəkisizlikdən sağ çıxa biləcəyini təsdiqləmişdi. Kosmosa buraxılan və  uçuşdan sağ-salamat qayıdan ilk heyvanlar Belka və Strelka itləri olub.

Laykanın hazırlanmasında iştirak edən bəzi işçilər itin ölümü ilə əlaqədar psixoloji sarsıntı keçiriblər.

Отправить комментарий