×

Hakim Baxışov — Bu gün onun ad günüdür

Hakim Baxışov

Hakim Baxışov — Bu gün onun ad günüdür

Hakim Səyyar oğlu Baxışov 2000-ci il dekabr ayının 13-də Qəbələ rayonunun Topbağ kəndində anadan olub. Orta təhsilini Qəbələ rayonu Yenikənd kənd orta məktəbində alıb. 2019-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Hakim həqiqi hərbi xidmətini bitirdikdən az sonra yenidən hərbiyə qayıdıb.

Azərbaycan ordusunun əsgəri olan Hakim Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda olan döyüşlərdə vuruşmuşdur. Hakim Baxışov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Hakim Baxışov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Hakim Baxışov ölümündən sonra » Hərbi xidmətlərə görə» medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Hakim Baxışov  ölümündən sonra » Azərbaycan bayrağı « medalı ilə təltif edildi.

Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Hakim Baxışov ​ölümündən sonra » Kəlbəcərin azad olmasına görə» medalı ilə təltif edildi.

Отправить комментарий