×

Fərid Abışov — Bu gün onun ad günüdür

Fərid Abışov

Fərid Abışov — Bu gün onun ad günüdür

Abışov Fərid Əlfayım oğlu 28.11.1996-cı ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində  anadan olub. Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub. Sentyabrın 29-dan oktyabrın 13-nə kimi 15 günlük şərəfli döyüş yolu keçib. Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşüb. Axırıncı dəfə Şəhidliyindən bir gün öncə, oktyabrın 12-də ailəsi, valideynləri ilə danışıb. Və bir gün sonra, 2020 — ci il oktyabrın 13-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb. Ancaq nəşi 36 gündən sonra ailəsinə təhvil verilib və noyabr ayının 19-da Yevlax şəhər Şəhidlər Xiyabanında əbədiyyətə uğurlanıb.

Atası Əlfayım Abışov da müharibə iştirakçısı-Birinci Qarabağ Savaşının döyüşçülərindən olub. Fərid ailənin 3 övladından, 3 qardaşdan biri və evin böyük oğlu idi…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

 

Отправить комментарий