×

Əsəd İsgəndərov — Bu gün onun ad günüdür

Əsəd İsgəndərov

Əsəd İsgəndərov — Bu gün onun ad günüdür

Əsəd Bəybala oğlu İsgəndərov 27 oktyabr 1990-cı ildə Göygöl rayonu Topal Həsənli kəndində anadan olub.

Əsəd müharibə zamanı özüyeriyən artilleriya taqımının top komandiri kimi Füzuli və Cəbrayıl rayonları istiqamətində döyüş yolu keçib. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmənin top mərmisinin düşməsi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Füzulinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

Отправить комментарий