×

Ədalət Dəmirov — Bu gün onun ad günüdür

Ədalət Dəmirov

Ədalət Dəmirov — Bu gün onun ad günüdür

Ədalət Nüsrət oğlu Dəmirov 9 noyabr 2001-ci ildə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olub. 2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. 10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib. Ədalət Dəmirov Vətən müharibəsi başlayandan bir neçə gün sonra — oktyabr ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ədalət Dəmirov Füzuli, Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. Cəfərov Vüsal oktyabrın 22-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi sonradan müəyyən olunub. Göyçayda dəfn edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Ədalət Dəmirov ölümündən sonra «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Vətən uğrunda»«Cəsur döyüşçü» medalları ilə təltif edilib.

Отправить комментарий