×

Deyl Karnegi

Deyl Karnegi

Deyl Karnegi

Tanış olduğum hər bir insan müəyyən mənada məndən üstündür. Və mən ondan nə isə öyrənə bilərəm.

Bu cümlələr «Dostu necə qazanmalı və insanlara necə təsir etməli?» kitabındadır və bu kitabın müəllifi məhşur amerikalı pedaqoq, yazıçı, natiq, ünsiyyət nəzəriyyəsinin yardıcısı Deyl Karnegidir.

Karnegi 24 noyabr 1888-ci ildə Missuri ştatındakı Merivil fermasında fermer ailəsində anadan olub.  Ailəsi böyük yoxsulluq içində yaşasa da, onun təhsil alması üçün əlindən gələni ediblər. O, məktəb illərində natiqliyə maraq göstərmiş, hər cür debatlarda fəal iştirak etmiş, hətta o zaman müəllimlər onun xüsusi qabiliyyətlərinin olduğunu aşkar etmişlər.

Deyl futbol komandasına daxil olmağa çalışsa da, məşqçi çəkisinin az olduğunu əsas gətirərək onu qəbul etməyib. Onun məyus olacağını başa düşən anası ona bir neçə cəhddən sonra qəbul olunduğu debat dərnəyində iştirak etməyi məsləhət gördü. 1906-cı ilin payızında, tələbə olarkən baş verən bu hadisə onun həyatında dönüş nöqtəsi oldu. Təlim keçdiyi bir il ərzində Deyl natiqlik müsabiqələrində bütün yüksək mükafatları qazandı. İşlədiyi müddətdə Karnegi tədricən ünsiyyət bacarıqlarının öyrədilməsi üçün unikal sistem hazırladı.

Fəaliyyəti

1926-cı ilə qədər Karnegi ünsiyyət mövzusunda zəngin təcrübə qazanmışdı. Və  onun təəssüratları və gəldiyi nəticələr əsasında  ilk  kitabı “Natiqlik və İşgüzar tərəfdaşlara təsir etmək” yarandı. Üstəlik, öz təlim sisteminin incəlikləri Deylə daimi gəlir mənbəyi əldə etməyə imkan verdi.

Sonrakı on il Karnegi anladı ki, insanların gözəl danışa bilməsi kifayət deyil, onlar ətrafdakıların dünyagörüşünü dəyişdirmək istəyirlər. Fikirlərinin bəhrəsi Karneqinin ən məşhur əsəri olan  «Dostu necə qazanmalı və insanlara necə təsir etməli?» kitabı oldu. Nəşr milyonlarla tirajla satılıb və indiki məzənnə ilə qonorarın məbləği müəllifi milyarder edib.

Belə böyük uğurdan sonra növbəti kitabın nəşri gözlənilirdi. «Necə narahat olmamaq və yaşamağa başlamaq»  kitabı ilk dəfə 1948-ci ildə Britaniyada nəşr edilmişdir. Orada Deyl gündəlik şəraitdə — işdə, ictimai nəqliyyatda, mağazada növbələrdə özünü sakitləşdirməyin yollarını tapmaq təcrübəsini bölüşüb. O yazırdı:  «Bəziləri üçün stress izsiz keçir, bəziləri üçün narahatlıq xroniki hala çevrilir. Karnegi keçmişdən uzaqlaşmağı və gələcək üçün narahat olmamağı, bu gün üçün yaşamağı və müsbət düşünməyi təklif edirdi. Sakit insan məşğul insandır. Nə olursa olsun — hobbi və iş birlikdə tətilə çevrilir .»

Çox təəssüf ki, insanlara öz təcrübələri və kitabları ilə kömək edən Deyl Karneginin şəxsi həyatı heç də xoşbəxt olmamışdır. Deməli, xoşbəxt olmaq üçün yaşamağın qaydalarını bimək kifayət etmir.

Deyl Karnegi 1955- ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir.

 

Отправить комментарий