Ölümdən sonrakı həyat
Bir gün şagirdlər müəllimdən soruşurlar:
— Ölümdən sonra həyat varmı? Ölümdən sonra nə baş verir?
Müəllim isə gülümsəyir, amma cavab vermir. Şagirdləri onun cavabdan niyə qaçdığını soruşanda müəllim deyir:
— Fikir verin! Ölümdən sonrakı həyatla ancaq bu həyatda heç nəyi bacarmayan adamlar maraqlanırlar. Həmin adamlara daim olan başqa bir həyat lazımdır.
Şagirdlərdən biri yene de soruşur:
— İstənilən halda cavab verin, ölümdən sonra həyat varmı?
Nəhayət müəllim cavab verir:
— Əsas sual budur. Ölümə qədər həyat varmı?????
Отправить комментарий