Ülvi Hacıyev — Bu gün onun ad günüdür
Ülvi Şirin oğlu Hacıyev 1994-cü il noyabrın 13-də Bakı şəhərində anadan olub. Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə orta təhsilini tamamlayıb. 2012-ci ildə rus dili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. 2016-cı ildə həmin universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistraturasına daxil olub. Qəhrəmanımız 2019-cu ildə hərbi xidməti başa vurduqdan sonra Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunda çalışmağa başlayıb.
Ülvi Hacıyev Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra iş yoldaşları ilə birlikdə döyüşlərə könüllü yazılıb.
Ülvi Hacıyev oktyabrın 19-da şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 05.12.2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ülvi Hacıyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,Ülvi Hacıyev ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.
Отправить комментарий