Yazıçı olmaq istəyirəm
Bilmirəm neçə yaşındasan, hansı cinsdənsən, dünyanın harasında yaşayırsan, indiyə qədər nə işlə məşğul olmusan? Əgər «yazıçı olmaq istəyirəm» cümləsini deyirsənsə, dünyaya səsini çatdırmaq istəyirsənsə, bilməli olduğun şeylər var:
1. Çox və keyfiyyətli oxumaq. Yəqin ki, oxumağı sevirsən. Oxuduqlarını düşüncələrində təsəvvür edə bilirsən. Əks- təqdirdə yazmaq sənə cazibəli gəlməzdi. Amma oxumaq həm də söz ehtiyatını çoxaltmaq deməkdir. Bu yolla da təxəyyülündə olan hər bir şeyi sözlərlə ifadə etmək asanlaşır.
2. Müşahidə etmək. Zənnimcə yazıçıların böyük əksəriyyətində müşahidə eymək qabilliyyəti olmalıdır. İnsanları, hadisələri, münasibətləri, dünyanı müşahidə etmək, öyrənmək mütləq lazımdır.
3. Laqeyd olmamaq. Empatiya qurmaq. Yazmaq, yaratmaq, gördüklərini, düşündüklərini təsvir etmək üçün laqeyd olmamalısan. Məsələn, bir insanın hisslərini dəqiq və təsirli ifadə etmək üçün özün o hissləri başa düşməlisən, o hissləri keçirməyi bacarmalısan.
4. Özünəməxsus olmaq. Həyatın hər bir sahəsində özünəməxsus olmalısan. Yazıçılıq kimisə təkrarlamağı sevmir. Hansısa məhşur bir yazıçının üslübunda yaza bilərsən, amma burada da özün olmalısan.
5. Bildiyini yazmaq. Azməlumatlı olduğun sahələrdən yazmasan yaxşıdır. Məsələn, psixologiya sahəsini yaxşı bilirsənsə, bu yöndə yazıb insanlara fikrini çatdırmalısan. Fantaziya janrında yazmaq istəyirsənsə, gərək çox oxuyasan, çox araşdırasan, sonra yazmağa başlayasan.
5. Analiz edə bilmək. Hər bir şeyi analiz etmək, hadisələrdən, davranışlardan düzgün nəticə çıxarmaq qabiliyyəti yazıçı olmaq istəyənlər üçün çox vacib olmalıdır.
Отправить комментарий